İran ilə Ermənistanın XİN rəhbərləri söhbət ediblər
2024-08-23 16:44:01
Hurriyyet.az xəbər verir ki, İranın yeni xarici işlər naziri Seyid Abbas Araqçi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan telefonla danışıblar.
Həmkarlar ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə ediblər, tərəfdaşlığı möhkəmləndirməyə hazır olduqlarını bildiriblər, birgə planlardan danışıblar.
Hürr Tərcüman