İran ilə Rusiya Ermənistanın ABŞ-la hərbi əməkdaşlığından narazıdırlar
2023-09-20 17:42:06
Hurriyyet.az istinadla xəbər verir ki, İran ilə Rusiyanın müdafiə nazirləri – Rza Aştiani ilə Sergey Şoyq regiona kənardan gələn silahlı qüvvələrin Cənubi Qafqazda varlığına qarşı çıxış ediblər. Məlumatı “Tasnim” agentliyi verib.
Qarabağdakı vəziyyətdən danışan İran generalı deyib ki, təklif edilmiş 3+3 formatını Qafqazdakı problemlərin sülh yolu ilə həllinə uyğun üsul hesab edir. O, region ölkələrinin ərazi bütövlüyü ilə beynəlxalq sərhədlərinin İran üçün qırmızı xətt olduğunu da söyləyib.
Şoyqu da Rusiyanın İranın Qafqazdakı vəziyyətlə bağlı mövqeyini və 3+3 formatını dəstəklədiyini deyib.
Bəlli olduğu kimi, bu günlərdə Ermənistanda ABŞ hərbçiləri ilə birgə hərbi təlimlər keçirilib.
Hürr Tərcüman