📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İran indi hər zamanlından daha güclüdür”

2022-07-15 08:30:00

“İran indi hər zamanlından daha güclüdür”

“ABŞ ilə müttəfiqləri atdıqları hər addıma görə peşman olmağa məcbur ediləcəklər”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi Kermanşah vilayətində ictimaiyyət qarşısındakı çıxışı zamanı İranın indi hər zamankından daha güclü olduğunu, regionda təhlükə yaranmasına və böhrana yol verməyəcəyini bəyan edib.

Rəisi deyib: “ABŞ ilə onun müttəfiqləri sərt cavabla qarşılaşacaqlar və etdikləri bütün səhvlər üçün peşman olmağa məcbur ediləcəklər”.

Rəisi ABŞ-ın əsl gücünün indi hər zamankından daha zəif olduğunu hesab elədiyini söyləyib. Onun sözlərinə görə, İrana qarşı maksimal təzyiq və sanksiya siyasəti iflasa uğrayıb: “Biz onlara öz köhnə siyasətlərini davam etdirməməyi məsləhət görürük”.

İran Prezidenti İbrahim Rəisi bu açıqlamaları ABŞ Prezidenti Co Baydenin Yaxın Şərqə səfərinin başlamasından sonra verib.

Hürr Tərcüman