📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İran inkar etsə də, əlimizdə tutarlı dəlillər var” – Avropa İttifaqından açıqlama

2022-10-24 17:15:00

“İran inkar etsə də, əlimizdə tutarlı dəlillər var” – Avropa İttifaqından açıqlama

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Aİ diplomatiyasının sözçüsü Jozef Borrellin rəsmi təmsilçisi Peter Stano Aİ-nin Rusiyaya pilotsuz təyyarələr tədarük etdiyinə görə İrana qarşı sanksiyaları barədə qərarının üzv ölkələr tərəfindən tutarlı dəlillərə əsasən qəbul edildiyini bildirib. Stano bu gün Brüsseldə keçirilən brifinqdə deyib: “İranlılar Ukrayna münaqişəsinə hər hansı bir müdaxilə elədiklərini inkar edirlər. Lakin biz artıq yetərincə sübut toplamışıq. Üzv dövlətlərin bu sanksiyaların şübhəsiz qəbul edilməsi üçün kifayət qədər dəlil-sübutu var. Sizə xatırlatmaq istəyirəm: qərar yekdilliklə qəbul edilib”.

Hürr Tərcüman