📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran İraq ərazisini vurdu

2026-08-11 18:51:06

İran İraq ərazisini vurdu

İran İraqın Ərbil şəhərində kürd silahlı birləşmələrinin təlim bazasına raket zərbələri endirib. 

Hurriyyet.Media xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. 

İraq mətbuatı isə hücum nəticəsində İran kürdlərinin “Komala” partiyasının qərargahına 3 raket zərbəsi endirildiyini açıqlayıb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb, binaya isə ciddi ziyan deyib.