İran İraq Kürdüstanı ilə yaxınlaşmaqdadır
İran və İraq Kürdüstanı arasında ticarət, turizm, aviasiya və gəmiçilik sahələrini əhatə edən Anlaşma Memorandumu imzalanıb.
Əlirza İbrahimpur çərşənbə axşamı İran İslam Respublikasının “İran EXPO 2023” adlı Beşinci İxrac Potensial Sərgisi çərçivəsində İran və İraqın Kürdüstan bölgəsi arasında imzalanmış memoranduma toxunaraq deyib ki, iki ölkə-İraqın Kürdüstan bölgəsi ilə İranın Kiş adası arasında yeni uçuş marşrutları açılacaq.
İmzalanmış memorandumun bir hissəsində turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vurğulandığını deyən nazir bildirib ki, tərəflər sənaye sahəsində də əməkdaşlıq edəcəklər.
O qeyd edib ki, imzalanmış memorandum iki tərəf arasında yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirib həyata keçirməklə yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın inkişafına gətirib çıxaracaq.
O vurğulayıb ki, imzalanmış memorandumun əsas istiqaməti kommersiya və beynəlxalq bazarlara çıxmaq üçün birgə biznes fəaliyyətinin qurulması, biliklərin, texnologiyanın ötürülməsinə investorların cəlb edilməsi və investisiyalar üçün sağlam mühitin yaradılması, holdinqdə əməkdaşlıq etməklə faktiki və potensial imkanlardan optimal istifadə olunmasıdır.
Ülviyyə, Hurriyyet.az