📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran İraq və Suriyadakı hədəflərə zərbələrinin sayını açıqladı - Şərqi Azərbaycandan raket atılıb

2024-01-16 16:52:19

İran İraq və Suriyadakı hədəflərə zərbələrinin sayını açıqladı - Şərqi Azərbaycandan raket atılıb

Hurriyyet.az "TRT Haber" kanalına istinadla xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu yanvarın 16-na keçən gecə İraq ilə Suriya ərazisindəki hədəflərə ümumilikdə 24 raket atıb. Bu barədə məlumat korpusun rəsmi saytında yerləşdirilib. Açıqlamada Suriyanın  müxtəlif hissələrindəki İŞİD terrorçuların bazalarına 13 raket, həmçinin İraqın şimalındakı Kürdistan muxtariyyətində yerləşən "Mossad" bazalarına 11 raket atıldığı bildirilir.
"Tasnim" agentliyinin xəbərində deyilir: "Suriyanın İdlib şəhərinə 4 ədəd orta mənzilli "Xeybər Şiken" raketi İranın Huzistan vilayətindən, Şimali İraqın Ərbil şəhərinə 4 raket İranın Kirmanşah bölgəsindən, 7 raket isə Şərqi Azərbaycandan atılıb". Açıqlamada müxtəlif növlü 9 raketin Suriyanın müxtəlif rayonlarındakı hədəflərə atıldığı bildirilir.
Açıqlamada deyilir: "İrandakı casusluq fəaliyyətinin və terror aktlarının planlaşdırılmasının mərkəzi olan "Mossad"ın casusluq qərargahlarından biri məhv edilib".
Bu hücumların Kirman şəhərində baş vermiş, İŞİD-in məsuliyyət daşıdığını bildirdiyi kamikadze hücumuna, Raks şəhərindəki terror hücumuna və İnqilab Keşikçiləri Korpusunun komandanı Razi Musəvinin öldürülməsinə cavab olduğu bəyan edilib.
Hürr Tərcüman