İran: "İraqa yox, İsrailə hücum eləmişik" - Kürdistana atılan raketlərın hədəfi barəsində açıqlama
2024-01-17 17:03:24
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İraqın şimalındakı Kürd Muxtar Bölgəsindəki Ərbiş şəhərinə atılan raket zərbələrinin İraqa hücum olmadığını bildirib. İran XİN rəhbəri bu hücumun hədəfinin İsrail olduğunu deyib.
Xəbər verdiyimiz kimi, İranın İslam İnqilabı Keşikçiləri Korpusu yanvarın 16-na keçən gecə İraq ilə Suriya ərazisindəki hədəflərə ümumilikdə 24 raket atıb. Bu barədə məlumat korpusun rəsmi saytında yerləşdirilib. Açıqlamada Suriyanın müxtəlif hissələrindəki İŞİD terrorçuların bazalarına 13 raket, həmçinin İraqın şimalındakı Kürdistan muxtariyyətində yerləşən "Mossad" bazalarına 11 raket atıldığı bildirilir.
Hürr Tərcüman