📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran İraqa zərbələr endirdi

2022-09-24 23:32:00

İran İraqa zərbələr endirdi

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalındakı kürd bölgəsinə artilleriya zərbəsi endirib.

Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Dövlət televiziyası SEPAH-ın İraqın kürdlər yaşayan bölgəsində İran əleyhinə olan qrupları hədəf aldığını bildirib.

Qeyd edək ki, İran hökuməti kürd dissidentləri ölkədə, xüsusən də ölkənin şimal-qərbində 10 milyona qədər kürdün yaşadığı bölgələrdə iğtişaşlar törətməkdə günahlandırıb.\\Gundem.az