İran İraqdakı ABŞ bazasına hücum edib
2026-03-09 10:05:19
İran İraqın Ərbil şəhərində ABŞ hərbi bazasının yerləşdiyi hava limanı və ABŞ Başkonsulluğunun ətrafında 5 dəqiqə fasilə ilə 4 pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib.
Məlumata görə, partlayış səslərindən sonra hava hücumundan müdafiə sistemləri aktivləşdirilib, təhlükəsizlik qüvvələri isə PUA-lara qarşı intensiv atəş açıb.
Qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı başladığı hücumlardan sonra Ərbildə demək olar ki, hər gün partlayış səsləri eşidilir.
Martın 1-i gecə baş verən hücum zamanı PUA-lar Ərbil Hava Limanına düşüb, nəticədə partlayış və yanğın baş verib. Martın 2-də isə Ərbilin Degele bölgəsində yerləşən Peşmərgə qüvvələrinin qərargahı PUA hücumuna məruz qalıb.