📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran İraqla hava əlaqəsini bərpa etdi

2026-10-05 12:14:46

İran İraqla hava əlaqəsini bərpa etdi

İran aviaşirkətləri İraq hökumətinin daha əvvəl tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasından sonra Nəcəf şəhərinə uçuşları bərpa edib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Agentliyin məlumatına görə, fasilədən sonra İrana məxsus ilk təyyarə Nəcəf hava limanına enib.

Qeyd edək ki, ABŞ İraq hökumətinin müraciətindən sonra İran aviaşirkətlərinin Nəcəf Beynəlxalq Hava Limanından gündəlik 40 reys həyata keçirməsinə icazə verib.