İran İrəvana qaz verməyə davam edəcək
2023-08-10 18:02:00
Hurriyyet.az xəbər verir ki, İrəvan ilə Tehran arasındakı “elektrik enerjisi ilə qaz mübadiləsi” müqaviləsinin müddəti 2030-cu ilə qədər uzadılıb, mübadilənin həcminin artırılmaası razılaşdırılıb. Bu barədə məlumatı “Sputnik Ermənistan” informasiya agentliyi verib.
Sənədi “İrəvan TES” qapalı səhmdar cəmiyyətinin direktoru Aram Kazaryan ilə İranın Milli Qaz Şirkətinin başçısı Məcid Çeqeni imzalayıblar.
Ermənistanın Ərazi İdarəsi və İnsfrastuktur naziri Qnep Sanosyan İran-Hayastan sövdələşməsinin sərfəli olduğunu söyləyib: “Bu, İran qazının idxalı və Ermənistanın elektrik enerjisinin ixracının inkişafı üçün imkanlar açır”.
Hürr Tərcüman