İran İrəvanda böyük layihə reallaşdırır
2024-09-19 16:11:22
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın paytaxtı İrəvan şəhərində İranın sahibi olduğu böyük ticarət mərkəzi açıqlacaq. Təntənəli açılış mərasiminin oktyabrın 1-də keçirilməsi nəzərdə tutulub.
Ticarət mərkəzi 18 min kvadrat kilometr ərazini əhatə edir. Burada 107 pavilyon və konfrans zalı mövcud olacaq. Həmçinin tədbirlərin - festivalların, konfransların və görüşlərin keçirilməsi üçün məkanlar ayırılıb.
Açılış mərasimində İranın sənaye naziri və biznesmenləri iştirak edəcəklər.
Hürr Tərcüman