📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran İsrail müharbəsinə daha bir ADDIM?

2023-05-24 14:46:00

İran İsrail müharbəsinə daha bir ADDIM?

“Radvan” komandolarına Cənubi Livandakı dayaq məntəqələrini İsrail sərhədinə yaxınlaşdırmaq əmri verilib. Təxminən 5 min nəfərlik heyəti olan “Radvan” Hizbullah hərbi-siyasi təşkilatının silahlı birləşmələrinin ən elit və döyüşə hazır birliyidir. Bu da öz növbəsində İranın regiondakı ən böyük proksi hərbi qüvvəsi və əsas regional “podratçısıdır”.

Mayın 21-də “Radvan” komandoları İsrailin şimal sərhədləri yaxınlığında görünməmiş təlim keçirib. Onlar sərhədi yarıb keçmək və yaxınlıqdakı İsrail yaşayış məntəqəsini tutmaq üçün məşq ediblər.

Xatırladaq ki, aprelin 28-də İran XİN-nin rəhbəri Hizbullah nümayəndələrinin müşayiəti ilə Livan-İsrail sərhədinə səfər edib.

Ülviyyə. Huriyyet.az