📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran İsrail qarşısında geri çəkildi - HƏMAS-A DƏSTƏK VERMƏYƏCƏK

2023-11-16 12:24:41

İran İsrail qarşısında geri çəkildi - HƏMAS-A DƏSTƏK VERMƏYƏCƏK

Rəşid Hacılı: "Əli Xamaneyi HƏMAS lideri İsmayıl Haniyəyə "Gedin, öz davanızı eləyin, bizi davanıza qatmayın", deyə bildirib"

"Bütün radikallıqlarına baxmayaraq, Tehran hökumətində özünüqoruma instikti çox güclüdür. Uçurum kənarında mayallaq aşacaq dərəcədə riskli, avantürist, gərəkli anda isə dinməz duracaq, qəfil geri çəkiləcək qədər tədbirlidirlər". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan azərbaycanlı ictimai-siyasi fəal Rəşid Hacılı qeyd edib.

Onun sözlərinə görə, İranın ali dini lideri Əli Xamaneyi HƏMAS lideri İsmayıl Haniyəyə "Gedin, öz davanızı eləyin, bizi davanıza qatmayın", deyə bildirib: ""Reuter"in yazdığına görə, Xamaneyi deyib ki, İran HƏMAS-ın, Fələstinin yerinə vuruşmayacaq. Savaşa gedəndə bizimlə məsləhətləşməmisiniz. İndi bizim sizə belə borcumuz yoxdur. O, HƏMAS liderlərindən tələb edib ki, Hizbullah və İrana bağlı başqa qüvvələri savaşa girməyə çağıran bəyanatlar verməsinlər. İran anlayır ki, bir az əl-qol atmağa başlasa, çanaq başında çatlayacaq".

Rəşid Hacılı əlavə edib ki, İranın durumu anlaşılandır: "Bu gün Xamaneyini İranın güvənliyi narahat edir. Fələstin əzilib qırılsa da olar, dözərlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az