📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran İsrailə qarşı məhkəmə prosesində iştirak edəcək

2024-01-17 16:18:36

İran İsrailə qarşı məhkəmə prosesində iştirak edəcək

Tehran ABŞ-nin da mühakimə edilməsini istəyir
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran CAR-ın İsrailə qarşı məhkəmə prosesində üçüncü tərəf kimi çıxış edəcək.
İran komissiya təşkil edib və BMT-nin Beynəlxalq Məhkəməsində CAR-ın İsrailə qarşı ittihamları ilə bağlı prosesdə üçüncü tərəf kimi çıxış etmək üçün sənədlər hazırlayır.
ISNA agentliyinin açıqlamasına görə, bu barədə məlumatı İranın hüquqi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Dehqan Nazirlər Kabinetinin iclasından əvvəl juranlistlərlə söhbəti zamanı verib. Məhəmməd Dehqan deyib: "Cənubi Afrika şikayətini təqdim edən kimi, biz komissiya təşkil etdik və tezliklə üçüncü ölkə qismində şikayətimizi təqdim edəcəyik".
Bundan başqa, İran İslam Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin qətlində əli olanların hamısının məsuliyyətə cəlb edilməsini istəyir və BMT-nin Beynəlxalq Məhkəməsində ABŞ hökumətinə qarşı iddia irəli sürəcək.
Hürr Tərcüman