📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran İsrailin bu ölkədəki bazasına hücum edəcək - İddia

2024-04-13 19:33:41

İran İsrailin bu ölkədəki bazasına hücum edəcək - İddia

Qırmızı dənizin cənubunda, Eritreya sahillərindəki Dahlak arxipelaqında yerləşən İsrailin xaricdəki ən böyük hərbi bazası İranın əsas hədəflərindən birinə çevrilə bilər.

Hurriyyet.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin Qırmızı dənizin cənub hissəsindən keçən gəmiləri, o cümlədən İrandan gələn neft tankerlərini izləmək üçün istifadə etdiyi Dahlak adalarındakı hərbi-dəniz bazası İran sistemlərinin əhatə dairəsindədir.

Bundan əlavə, İran qüvvələri Eritreyadakı ən yüksək dağ olan Amba Mossino dağında yerləşən kiçik İsrail radar bazasına da hücum edə bilər.