📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran İsveçə etirazını bildirdi: “Bu, söz azadlığından sui-istifadədir”

2023-06-30 12:40:00

İran İsveçə etirazını bildirdi: “Bu, söz azadlığından sui-istifadədir”

Hurriyyet.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi Stokholmda islamın müqəddəs kitabının yandırılmasına etiazını bildirmək üçün İsveçin Tehrandakı müvəqqəti işlər vəkilini XİN idarəsinə çağırıb.

İran XİN-in açıqlamasına görə, Tehran “İsveç hökumətinin bu hadisə ilə bağlı susqunluğunu və reaksiyasının olmamasını insan hüquqlarının baza prinsiplərindən birinin pozulmasına rəvac verən faktor kimi qiymətləndirir”.

Nazirlik bildirib ki, islamın müqəddəs dəyərlərini təhqir edən ictimai aksiyanın təşkilatçıları zorakılıq və nifrəti təbliğ edir, söz azadlığı hüququndan sui-istifadə edirlər.

Hürr Tərcüman