İran kəşfiyyat naziri: İsrail Kürdüstandan geri çəkilir
İsrail bu yaxınlarda bazalarını və əməliyyatçılarını Kürdüstandan qonşu ölkələrə təxliyə edib. Bu barədə İranın kəşfiyyat naziri İsmayıl Xətib bildirib. Nazir iddia edir ki, İsrail Kürdüstandan sadiq qüvvələrini evakuasiya edir.
Nazir deyib: "Bu gün biz İranın əleydarlarının qaçmasının və sionist varlığın bazaları, əməliyyatçıları və rabitə elementlərinin (bölmələrinin) İraq Kürdüstanından bir sıra başqa ölkələrə köçürülməsinin şahidi oluruq".
İraq Kürdüstanı İsrail Dövləti ilə qeyri-rəsmi əlaqələr saxlayır və ötən mart ayında İran ordusunun Mossad tərəfindən istifadə edildiyini iddia etdiyi Ərbil şəhərindəki binaya hücum etdiyini bildirib.
İran mediası İsrailin 2022-ci ilin iyun ayında Kürdüstandan 1,7 milyon barreldən çox xam neft idxal etdiyini iddia edib və İraq parlamentinin bir üzvü məsələnin araşdırılmasını istəyib.
Xətib həmçinin bildirib ki, “İran Fars körfəzi ölkələri ilə əlaqələr qurmağa çalışan İsrailin strategiyasını pozmaq üçün qonşu ölkələrlə əlaqələri gücləndirməkdə davam edir. Dünyada mövcud vəziyyət İslam inqilabı cəbhəsinin genişləndirilməsi və İran İslam Respublikasının qüdrətinin gücləndirilməsi istiqamətində irəliləyir”.
Ülviyyə, Hurriyyet.az