İran kəşfiyyatı PKK-çılara təlim keçir
İranın bir qrup kəşfiyyat bölməsi və Həşd-Şəəbi qruplaşmasının üzvləri İraq və Suriyada dronlardan istifadə və PUA-ların vurulması sahəsində PKK terrorçularına təlim keçirlər.
Bununla bağlı, “Araz News” “Telegram” kanalı Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, İran PKK-nın silah-sursat və canlı qüvvəsinin daşınmasını da təşkil edir.
Sonuncu silah_partiyası Sincar, Süleymaniyyə və Qəndilə, habelə İrandan 50 terrorçu İraqın şimalındakı Zaqros, Avaşin-Basyan və Zap bölgələrinə göndərilib.
PKK iyunun 11-də Suriyanın şimalındakı Fərat Qalxanı əməliyyatı bölgəsində Şahid-136/131 dronları ilə kəşfiyyat uçuşları həyata keçirib. Ərazidə PUA-lara qarşı sistemlərin fəaliyyət göstərməsi səbəbindən İran dronları geri qayıtmağa məcbur olub.
Ülviyyə, Hurriyyet.az