📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran KİV-lərində Zəngəzur dəhlizi təhdid kimi başa düşülür

2023-07-04 13:24:00

İran KİV-lərində Zəngəzur dəhlizi təhdid kimi başa düşülür

İran media məkanında Cənubi Qafqazda gedən güc oyunları, İranın baş verən dəyişimlərə zidd rolu qarşısında Bakı və Ankaranın yanaşması gündəm yaradan mövzulardlr. İranın “Tahlil Bazaar” saytı da bu mövzuda gedən müzakirələrdə əhəmiyyəti yer alır. Belə ki, sayt Cənubi Qafqaz bölgəsində baş verənləri belə şərh edir: “Cənubi Qafqaz Xəzərin resurslarının daşınmasında mühüm rol oynayan müxtəlif geosiyasi regionlardan biri olsa da, kommunist sisteminin dağılması səbəbindən bir neçə uzunmüddətli münaqişələrlə üzləşib.
Qafqaz üzrə ekspertlər hesab edirlər ki, daha geniş Cənubi Qafqaz-Xəzər regionundan keçən mövcud və potensial nəqliyyat dəhlizləri müxtəlif ölkələr üçün daha çox iqtisadi qazanc yaradacaq. Onların fikrincə, Çindən başlayaraq Orta Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyədən keçərək Avropaya gedən nəqliyyat marşrutu Şərqlə Qərbi birləşdirən ən qısa və etibarlı marşrutlardan biridir. Bu isə Zəngəzur dəhlizini açmaqla sözügedən marşrutu daha qısa və təhlükəsiz etmək üçün qızıl imkan yaradacaq.
Lakin İran bu regionun qonşularından biri kimi Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. Analitiklər hesab edirlər ki, bu dəhlizin açılması ilə Tehran aşağıdakı risklərlə üzləşəcək. Azərbaycan İran vasitəsilə Naxçıvana göndərilən 350 milyon kubmetr qazın 15%-ni tranzit haqqı kimi ödəyirdi. Yeni dəhlizin açılması ilə İran bu qazancı itirə bilər.

- Zəngəzur dəhlizi ilə Azərbaycandan Türkiyəyə qaz kəməri çəkilərsə, İranın qaz gəlirlərinin itkisi çox yüksək ola bilər.
- Zəngəzur dəhlizinin işə salınmasının tərəfdarları hesab edirlər ki, adıçəkilən marşrutun potensialını nəzərə almaqla bu nəhəng coğrafi ərazidə yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini möhkəmləndirmək və bütün regionun inkişafına ikiqat stimul vermək olar.
- İran isə hesab edir ki, bu dəhlizin salınması ilə onun bölgədəki siyasi nüfuzu zəifləyəcək və eyni zamanda mənfi iqtisadi nəticələrlə də üzləşəcək...”.

Ülviyyə, Hurriyyet.az