İran kosmosa insan göndərmək yolunda addım atdı
2023-12-06 13:19:31
Hurriyyet.az xəbər verir ki, İran Yer atmosferindən kənara yeni biokapsulun göndərilməsi təcrübəsini uğurla başa çatdırıb.
Bu barədə məlumatı “Tasnim” agentliyi verib.
Agentliyin məlumatına görə, 500 kq çəkisi olan yeni biokapsul “Salman” daşıyıcı raketinin köməyi ilə 130 km hündürlüyə buraxılıb.
Bu kapsul kosmosa insan göndərilməsinin yol xəritəsinin reallaşdırılması çərçivəsində hazırlanıb. Layihə İran Müdafiə Nazirliyinin nəzdindəki Aerokosmik Sənaye Təşkilatı tərəfindən reallaşdırılb.
Hürr Tərcüman