İran kürd partiyalarının qərargahını raketlə vurdu
2022-11-14 16:42:00
İran İraq Kürdüstan Demokratik Partiyası (İKDP) və "Komele"nın qərargahlarına raket hücumu həyata keçirib.
Hurriyyet.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
İran İnqilab Keşikçiləri Qvardiyası hücumla bağlı açıqlamasında İraqdakı terror qruplarını hədəf aldıqlarını bildirib. Qurum həmçinin Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara görə İKDP və "Komele"ni günahlandırıb. İraqın xaos yaratmaq məqsədilə sərhəd bölgəsinə silahlı qruplar və xeyli silah göndərdiyi iddia edilib.