📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran mediası - Ərdoğan: "İran "Zəngəzur" dəhlizinə yaşıl işıq yandırıb"

2023-09-27 09:09:12

İran mediası - Ərdoğan:

İranın "ANApress" saytı, prezident Ərdoğanın "İran "Zəngəzur" dəhlizinə yaşıl işıq yandırıb" deyimindən yola çıxaraq bu mövzuda yazı paylaşıb.

Yazıda deyilir:

"Türkiyə prezidenti bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, digər variant Naxçıvan-Azərbaycan marşrutunun İran ərazisindən keçməsidir və Tehran da bu məsələdə maraqlıdır.

Məlumata görə, Ərdoğanın son bəyanatı Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin yaradılması ilə bağlı mübahisədə İranın dəfələrlə sərhəd geosiyasətində hər hansı dəyişikliyin onun qırmızı xətti olduğunu vurğuladığı bir vəziyyətdə səslənir.

Digər tərəfdən, İran və Ermənistan ərazi bütövlüyünün qoruması şərti ilə kommunikasiya marşrutlarının yaradılmasında problem görmürlər".

Ülviyyə, Hurriyyet.az