📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran mediası Azərbaycanı işğalçılıqda ittiham edib

2022-10-08 13:39:00

İran mediası Azərbaycanı işğalçılıqda ittiham edib

İranın "Vestanews" xəbər ajansında Azərbaycan Respublikasını işğalçı kimi təqdim edən məlumat yayılıb.
Məqalədə Qərb ölkələrinin Rusiyanı bölgədə sabitliyin pozulmasında günahlandırılmasının yanlış olduğu vurğulanır. Bunun səbəbkarının Azərbaycan olduğu iddia olunur.
"Qərb liderləri bilməlidirlər ki, İrəvanda demokratiya üçün təhlükə Kreml deyil, təhlükə Bakının militarist ekspansionizmidir", deyə İran media orqanı yazır.
Yazıda Azərbaycanı cəzalandırmadığına görə Qərb ölkələri tənqid edilib.
"Bakının Ermənistan sərhədləri daxilində, o cümlədən paytaxt İrəvandan 42 kilometr aralıda yerləşən Martuni şəhəri daxilində dinc sakinlərə qarşı əsassız hücumu bir çox cəhətdən Bakının cəzasız qalmasının birbaşa nəticəsidir", deyə sayt yazıb.

Ülviyyə, Hurriyyet.az