İran mediası Ağrı dağının adını təhrif etdi
2024-07-17 11:22:37
İranın rəsmi dövlət xəbər agentliyi olan “İRİB News” dərc etdiyi xəbərdə daha bir yer adını da təhrif edib.
Belə ki, agentlik Qərbi Azərbaycan əyalətinin Soyuq Bulaq (Mahabad) şəhərindən olan alpinistlərin Türkiyənin Ağrı dağına çıxması haqqında xəbər paylaşıb.
“İRİB News” Ağrı dağının adının "Ararat" kimi qələmə verərək yazıb: “İki alpinist 5 günlük yürüşdən sonra Türkiyənin ən yüksək dağı olan Ararat dağının zirvəsinə qalxıblar”.
Qeyd edək ki, "Ararat" ermənilərin Ağrı dağına verdiyi addır.
Ülviyyə, Hurriyyet.az