İran mediasında Azərbaycana qarşı ittiham silsiləsindən yeni böhtan...
İran mediasında Azərbaycana qarşı dəfələrlə silsiləvi şəkildə zəhərli təbliğat fəslindən ittiham səsləndirilib. Belə ki, bu dəfə də İran hökumətinin anti-Azərbaycan təbliğatçısı Ehsan Movəhhediyan özünün "Tvitter" hesabında Azərbaycanı Ermənistana təcavüz etməkdə ittiham edərək qərəzli paylaşım edib:
"18-19-cu əsrlərdə Səfəvilər sülaləsinin süqutundan və vəhhabiliyin güclənməsindən sonra ərəblərin gəmilərdən oğurluğuna görə indiki Birləşmiş Ərəb Əmirliklərinin sahillərinə dəniz quldurları sahili adı verilib.
Bu günlərdə Bakı hökuməti Ermənistana təcavüz, İran ərazisi haqqında pis bəyanatlar, daxili talanlar, İran səfirliyinə hücumla hədələmək, İsrailin yuvasına çevrilmək kimi öz fəaliyyəti ilə həmin ada layiqdir".
P.S. Göründüyü kimi, Azərbyacanın güclənməsinə qarşı qəzəbini uda bilməyən molla rejimi fərqli ruporlardan qərəzli münasibət ortaya qoymağa davam edir. Başına gələnləri çözmək yerinə xaqlın qəzəbini özündən yayındırmaq üçün hədəf çaşdırır.