İran mediasından növbəti təxribat: Türkmənçay müqaviləsini ləğv etməyin vaxtı çatıb
2022-11-11 13:38:00
İran mediasından "Türkmənçay müqaviləsini ləğv etməyin vaxtı çatıb" başlıqlı daha bir provokasiya ortaya atılıb. Belə ki, "İran Keşickçiləri" adlı farsdilli “Tvitter” səhifəsi Azərbaycana və bütövlükdə Qafqaz bölgəsinə qarşı növbəti dəfə ərazi iddiaları irəli sürərək həyasızcasına yazıb:
“İran Çar Rusiyasının başlatdığı 20 illik müharibədən sonra Xameneyinin "İranın tən yarısı" adlandırdığı Qafqazın 17 şəhərini və Xəzər dənizinin 50%-ni itirib...İranlılar bu günədək onlara qəbul etdirilən Türkmənçay müqaviləsini heç vaxt tanımayıblar. Türkmənçay müqaviləsinin xitamına hazırlıqlara başlamalıyıq”.
Ülviyyə, Hurriyyet.az