📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran medisasının iddiası: "İran generalları “Aqavni və Berdzorda”: Qırmızı xətlərin keçilməsinin qarşısını almaq üçün"

2022-08-16 14:30:00

İran medisasının iddiası:

İrandan idarə olunan “Azərbaycanda İslam İnqilabı” adlı Telegram kanalı İran generallarının Ermənistana getməsi barədə xəbər yayıb. Kanalın bununla bağlı paylaşdığı postda iddia edilir:
“live93today.com” məlumat verir ki, bu dəfə iranlılar, deyəsən, sadəcə xəbərdarlıq etməkdən yorulub və həddindən artıq ciddi və qətiyyətlə əməli tədbirlərə əl atıblar. İranın bir sıra generalları və bəzi yüksək rəsmiləri həmin iki bölgəyə səfər edib və bunun (Zəngəzur dəhlizinin açılması) qarşısını almaq üçün məsləhətləşmələr aparırlar.
Aqavni və Berdzor (Qarabağda yerləşir) bölgələrinin avqustun 25-dək boşaldılması və Laçınla birləşdirən alternativ yol planına daxil edilməsi qərara alınıb.
Məlumatda bildirilir ki, İran Qarabağda yeni razılaşdırılmış planların reallaşması ilə tədricən bu ölkəyə yaxınlaşacaqlarını bilir.
Adıçəkilən mənbə Tehranın sərhədlərin dəyişdirilməsi üçün hər hansı addım atılacağı halda İranın Ermənistandan icazə almadan hərəkətə keçəcəyi ilə bağlı bəyanatına toxunaraq əlavə edib ki, Türkiyə ilə Rusiyanın “hiyləgər planların”a veto qoymağa qadir olan yeganə ölkə İrandır və onun yanında durmaq lazımdır”.

Ülviyyə, Hurriyyet.az