📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran məmurları yeniyetmə qızı vəhşicəsinə döydü - Video

2024-08-07 17:23:51

İran məmurları yeniyetmə qızı vəhşicəsinə döydü - Video

Tehranın Şimali Vətənpur küçəsində 14 yaşlı qız məcburi hicab qaydalarına riayət etmədiyi üçün əxlaq polisləri tərəfindən vəhşicəsinə döyülüb.

Hurriyyet.az xəbər verir ki, şəhərin nəzarət kameralarına düşən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Yeniyetmənin anası Məryəm Abbasi deyib ki, qız həbs olunarkən başı elektrik dirəyinə çırpılıb və polis maşınına mindirilərək orada zorakılığa məruz qalıb./Axar.az/