İran mətbuatı: “Ərdoğan Bəşər Əsədlə görüşə bilər”
2022-08-23 10:20:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ilə Suriya Prezidenti Bəşər əsəd sentyabr ayında Özəbəkistanın Səmərqənd şəhərində keçiriləcək ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) sammitində görüşə bilərlər. Bu barədə məlumatı İranın Tasnim agentliyi verib.
Məlumatda deyilir ki, bu günlərdə Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçek Türkiyənin siyasi və diplomatik nümayəndə heyətinin tərkibində Suriyaya səfər edəcək, orada Prezident Bəşər Əsəd ilə görüşərək danışıqlar aparacaq.
Hürr Tərcüman