📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Milli Təhlükəsizlik Ali Şurasına katib təyin edildi

2026-08-10 10:52:07

İran Milli Təhlükəsizlik Ali Şurasına katib təyin edildi

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı və ali rəhbərin müşaviri Möhsün Rezai İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Mehdi Təbatəbai “X” sosial şəbəkəsində yazıb.

“Məhəmməd Baqir Zolqədrin Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən istefa verməsi və yeni vəzifəyə keçməsi ilə əlaqədar İslami Respublika Prezidenti Məsud Pezeşkianın fərmanı ilə Möhsün Rezai Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib”, - deyə Təbatəbai qeyd edib.