📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran millisi Qətər-2022-yə vəsiqə qazandı

2022-01-28 09:56:00

İran millisi Qətər-2022-yə vəsiqə qazandı

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın futbol üzrə milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının finalına çıxıb.

Seçmə mərhələsində İraq millisinə 1:0 hesabı ilə qalib gəlmiş İran komandası qrup mərhələsinin başa çatmasına 3 tur qalmış artıq özünə A qrupunun cədvəlində ən azı ikinci yeri təmin edib.

7 turdan sonra İran yığması 19 xalla öz qrupunda liderlik edir. İkinci yerdə Cənubi Koreyanın (17 xal), üçüncü yerdə isə Birləşmiş Ərəb Əmirliklərinin (9 xal) komandası gəlir.

Hürr Tərcüman