📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran narahatdır - "Bakı və Ankaranın növbəti hədəfi Azərbaycanın Naxçıvanla quru əlaqə yaratmasıdır"

2023-09-27 14:12:43

İran narahatdır -

İran saytlarında, "Bakı və Ankaranın növbəti hədəfi Azərbaycanın Naxçıvanla quru əlaqə yaratmasıdır" mövzusunda müzakirə gedir. Əli Fərazdi adlı iranlı ekspert “Setare Sobh” saytında bu mövzuda yazır:

“Qarabağ bölgəsində qarşıdurmanın kəskinləşməsi, eləcə də Bakı ilə Yerevan arasında Zəngəzur dəhlizi məsələsi Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfər edərək İlham Əliyevlə görüşünə səbəb olub.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki gün öncə Naxçıvanda görüşüb və Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında quru əlaqə yaratmağa çalışacaqları gözlənilir.

Mübahisə predmeti olan Zəngəzur

Ötən həftə Azərbaycan ordusunun Qarabağdakı erməni separatçılarına hücumundan sonra bir sıra ekspertlər bildirirlər ki, İranla sərhəddə yerləşən və “ermənilərə məxsus” Zəngəzur dəhlizinin ilhaqı bu əlaqəni Naxçıvanla və hətta Bakının müttəfiqi Türkiyə ilə mümkün edəcək.

İranın buna qarşı çıxmasının səbəbləri

Zəngəzur dəhlizinin açılmasının əleyhdarlarından biri də İrandır. Bəzi iranlı ekspertlər Tehranın Zəngəzur dəhlizinin salınmasında narahatlığının dörd əsas səbəbini açıqlayıblar:

- Birincisi, Tehran Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqənin qurulmasında öz rolunu itirir;

- İkincisi, İran artıq Türkiyə ilə Orta Asiya arasında rolu oynamayacaq;

- Üçüncüsü, İranın Avrasiya İqtisadi Birliyi, yəni Ermənistanla quru əlaqəsi kəsilmiş olacaq;

- Dördüncüsü, Orta Dəhlizin strateji dəyərinin artması ilə Zəngəzur dəhlizi İranın Şərq və Qərb arasında daşımalarda əsas rolunu daha da azaldacaq”.

Ülviyyə, Hurriyyet.az