📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran narahatdır: “Ermənistanla Azərbaycan Qərbin yox, Rusiyanın yolu ilə getməlidirlər”

2022-10-13 19:11:00

İran narahatdır: “Ermənistanla Azərbaycan Qərbin yox, Rusiyanın yolu ilə getməlidirlər”

Hurriyyet.az “Trend” agentliyinə istinadla xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərməsindən danışarkən Bakı ilə İrəvanın öz problemlərini Moskva razılaşmaları çərçivəsində və ərazi bütövlüyü prinsipi əsasında həll etməli olduqlarını söyləyib.

O, bildirib ki, ABŞ ilə Avropanın regionun həyatında iştirakı sülh və təhlükəsizliyə ciddi təhdid olacaqdır.

Diplomat deyib: “Azərbaycanla Ermənistan arasındakı problemin region xaricindəki ölkələrin müdaxiləsi olmadan ikitərəfli həlli sülh və təhlükəsizliyin xeyrinə olacaqdır”.

Hürr Tərcüman