📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran nüvə anlaşması ilə bağlı Avropanın təkliflər paketinə cavab verdi

2022-08-16 14:20:00

İran nüvə anlaşması ilə bağlı Avropanın təkliflər paketinə cavab verdi

Qeyri rəsmi məlumatlara əsasən, avqustun 16-da rəsmi Tehran Avropa İttifaqının Hərtərəfli Birgə Fəaliyyət Planının dirçəldilməsi üçün təklif etdiyi paketə cavab verib.
Amerika bazar ertəsi günü Avropa Birliyinə bağlı qapılar arxasında İranın nüvə sövdələşməsinin bərpasına dair "yekun mətnə" cavab verəcəyini və yeganə yolun İranın "əlaqəsiz" istəklərindən əl çəkməsi olduğunu açıqlayıb.
Digər tərəfdən, əldə olunan xəbərlər İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın mətbuat konfransından bir neçə saat sonra Avropa İttifaqının təklif etdiyi mətnə Tehranın cavabının Avropa Birliyinə təqdim edildiyini göstərir.

Ülviyyə, Hurriyyet.az