📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran nüvə doktrinasını dəyişməyə hazırdı - SEPAH

2026-11-07 15:45:24

İran nüvə doktrinasını dəyişməyə hazırdı - SEPAH

İran nüvə doktrinasını dəyişmək üçün zəruri hazırlıqları görməyə hazırdır.

Modern.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Hüseyn Möhebbi “Fars” xəbər agentliyinə açıqlamasında bildirib.

O qeyd edib ki, İran raketlərinin mənzilini artırmaq istiqamətində işləri davam etdirir.

Möhebbinin sözlərinə görə, ölkə rəhbərliyi nüvə doktrinasının dəyişdirilməsi barədə qərar qəbul edərsə, bunun üçün tələb olunan hazırlıqlar həyata keçiriləcək.

Qeyd edək ki, ötən həftə İranın Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ölkənin nüvə siyasətində mümkün dəyişikliklərin müzakirə edildiyini açıqlamışdı. Bununla belə, o, hələlik bu istiqamətdə hər hansı qərarın qəbul edilmədiyini bildirmişdi.