📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İran nüvə proqramı ilə bağlı danışıqları tərk etməyəcək" - XİN sözçüsü

2021-08-09 13:33:00

İran İbrahim Rəisinin prezident seçilməsi fonunda hökumət dəyişikliyi səbəbindən Vyanada keçirilən nüvə danışıqlarını tərk etməyəcək.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.

“Biz heç bir zaman Vyana danışıqlarını tərk etməyəcəyik. İranda hökumət dəyişikliyi demokratik yolla baş verir və bu dəyişiklik icra hakimiyyətinin tərkibində öz əksini tapır”, - o deyib.