İran Oman kötfəzindən keçən neft tankerini saxlayıb
Hurriyyet.az xəbər verir ki, İran Oman körfəzində neft tankerini saxlayıb. İranın Hərbi Ddəniz qüvvələri Oman körfəzindəki beynəlxalq sularda Marşal adalarının bayrağı altında üzən və və Amerikanın “Şevron” (“Chevron”) neft-qaz şirkəti tərəfindən icarəyə götürülmüş neft tanketini ələ keçiriblər. Bu barədə məlumatı “Röyters” agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlamasına əsasən yayıb.
İran ordusunun açıqlamasında Marşal adalarının bayrağı altında üzən gəminin İran kateri ilə toqquşaraq hheyətin bir neçə üzvünü yaralanmasından sonra saxlanıldığı bəyan edilir. Məlumatı İran mətbuatı yayıb. İran ordusunun açıqlamasında deyilir: “Gəmi ilə katerin toqquşması nəticəsində kater heyətinin iki nəfər üzvü itkin düşüb, bir neçə nəfəri isə yaralanıb”.
Hürr Tərcüman