📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran ordusu hücum iddiasını təkzib etdi

2024-04-19 11:02:53

İran ordusu hücum iddiasını təkzib etdi

İsfahanda atəş səsləri şübhəli obyektlərin hücumlarını dəf etmək üçün hava hücumundan müdafiə qüvvələrinə aiddir.

Hurriyyet.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran ordusunun generalı Siyavuş Mihəndust deyib.

“Bu səs İsfahan hava hücumundan müdafiə qüvvələrinin şübhəli obyektləri atəşə tutması ilə bağlı olub, heç bir ziyan dəyməyib, heç bir qəza qeydə alınmayıb”, - deyə o, ətraflı izah edib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi hər hansı xarici müdaxilənin baş verməsini təkzib edib.