İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır.
Bakıvaxtı.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb.
"Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin müşahidə qrupları Oman dənizində yanğın baş verməsi nəticəsində hərəkətsiz qalmış qayda pozan bir neft tankerini müəyyənləşdiriblər", - HDQ-dən bildirilib.
Qeyd olunub ki, İran ordusu Hörmüz boğazının şərq hissəsi, Ərəbistan və Oman dənizlərinə tam nəzarət edir:
"ABŞ Prezidenti Donald Tramp tərəfindən aparılan təbliğata baxmayaraq, Hörmüz boğazı açıq deyil. Ölkələrin bu yalanlara inanmaması və təhlükəsiz hərəkət üçün İranın silahlı qüvvələr ilə koordinasiya aparması zəruridir".