İran ordusu omanlı generalların iştirakı ilə Qafqazla bağlı toplantı keçirib
Hər zaman qatı anti-Azərbaycan açıqlamaları və yazıları ilə gündəmə gələn, əslən Təbrizdən olan Qafqaz üzrə ekspert Salar Seyfəddini özünün Tvitter hesabında Cənubi Qafqazın xəritəsinin nümayiş etdirildiyi və yüksək hərbi zabitlərin iştirakı ilə keçirilən toplantıdan foto paylaşaraq yazıb:
“İran Ordusunun Komandanlıq və Qərargah Akademiyasında Qafqazda gedən proseslərlə bağlı görüş keçirilib İranın Oman Krallığı ilə son hərbi əlaqələrini nəzərə alaraq, Omandan hərbi generallarından ibarət nümayəndə heyəti İran ordusunun qonağı olub və onlar da bu görüşdə iştirak ediblər. Amma daha da yaxşısı, həmin toplantıda İran-İraq müharibəsi zamanı Xürrəmşəhrin azad edilməsi əməliyyatının komandirlərindən və planlaşdıranlardan biri olan briqada generalı Moin Vəzirinin iştirakı və dəyərli fikirlər irəli sürməsi oldu”.
Ülviyyə, Hurriyyet.az