İran Pakistandan açıqlama tələb edir
Hurriyyet.az xəbər verir ki, Tehran Pakistanın Hərbi Hava qüvvələrinin İranın sərhəd ərazilərinə - Sistan və Belucistan vilayətindəki yaşayış məntəqəsinə raket zərbələri endirilməsi ilə bağlı İslamabaddan dərhal izahat verməyi tələb edib.
Bu barədə məlumatı İranın asayiş qüvvələrinin təmsilçisi Press TV kanalına açıqlamasında verib.
Xəbər verdiyimiz kimi, yanvarın 16-da İran Pakistan ərazisinə zərbələr endirərək terrorçuların mövqelərini vurduğunu bəyan edib. Pakistan dövləti isə bunun öz suverenliyinin pozulması olduğunu, hücum zamanı 2 uşağın həlak olduğunu bildirərək, İrana xəbərdarlıq edib. Ardından ötən gecə Pakisan İranın Sistan və Belucustan vilayətlərinə zərbələr endirərək, hədəfin "terror sığınacaqları" olduğunu bəyan edib. İran da öz növbəsində dinc əhali arasında itkilərin olduğunu bildirib.
Hürr Tərcüman