📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran parlamenti Azərbaycana görə təcili toplanır

2022-09-19 13:07:00

İran parlamenti Azərbaycana görə təcili toplanır

İran parlamentində Azərbaycan və Ermənistan arasındakı məsələ müzakirə ediləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Vəhid Cəlalzadə açıqlama verib. O bildirib ki, Azərbaycan və Ermənistan arasındakı məsələlərə dair İran parlamenti fövqəladə iclas keçirəcək. Vəhid Cəlalzadə iclasın önəminə diqqət çəkib. Vəhid Cəlalzadənin sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr İranı ciddi narahat edir. Vəhid Cəlalzadə məsələnin İran rəhbərliyi tərəfindən də müzakirə edildiyini ifadə edib.

Metbuat.az