📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran parlamenti eks-prezident Ruhaniyə qarşı ittihamla prokurorluğa müraciət edib

2021-11-02 16:46:00

İran parlamenti eks-prezident Ruhaniyə qarşı ittihamla prokurorluğa müraciət edib

Hurriyyet.az İran Məclis Xəbər Agentliyinə (ICANA) xəbər verir ki, İran parlamenti məclisin Səhiyyə Komissiyası tərəfindən hazırlanan və ölkənin keçmiş Prezidenti Həsən Ruhaninin yeni tipli koronavirusla (Kovid-19) mübarizə prosesinin pis idarə edilməsinə dair ittihamların yerləşdirildiyi hesabatı təhqiqat aparılması üçün prokurorluğa göndərib.

235 millət vəkilindən 167 nəfəri hesabatın lehinə səs verib.

Hesabatda Ruhani hökuməti dövründə virusla mübarizə sahəsində atılan addımların ölkədə ciddi ölümlərə səbəb olduğu və İranın hələ də virusdan ölüm faizinin yüksək olduğu ölkələrdən biri olduğu qeyd edilir.

Keçmiş Prezident Həsən Ruhani hələ məsələ ilə bağlı açıqlama verməyib.

 

Hürr Tərcüman