📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Prezidenti ABŞ-a səfərə hazırlaşır

2022-08-02 14:51:00

İran Prezidenti ABŞ-a səfərə hazırlaşır

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi BMT-nin Baş Assambleyasında iştirak eləmək üçün sentyabr ayında Nyu-Yorka getməyə hazırlaşır. Bu barədə məlumatı İran hökumətinin rəsmi təmsilçisi Əli Bahadari Caxromi verib.

BMT-nin Baş Assambleyasının yüksək səviyyəli həftəsi 20-26 sentyabr tarixində keçiriləcək. 2021-ci ildə Kovid-19 pandemiyası səbəbəindən Rəisi Nyu-Yorka gedə bilməmiş, lakin tədbirdə videokörpü vasitəsi ilə çıxış eləmişdi. O zaman İran İslam Respublikasının nümayəndə heyətinə İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan rəhbərlik eləmişdi.

Hürr Tərcüman