📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran prezidenti: "Biz söz və qələm azadlığını təmin etmişik"

2023-08-09 14:40:00

İran prezidenti:

Təkcə son bir ildə İranda yüzə yaxın jurnalist həbs olunsa da, İran prezidenti İbrahim Rəisi ölkədə söz və qələm azadlığına zəmanət verildiyini və qanuni azadlıqların da təmin olunduğunu iddia edib. Rəisi bu iddiasını, "Biz söz və qələm azadlığını təmin etmişik" ifadələri ilə dilə gətirib.

O, bu sözləri dünən “Milli Jurnalistlər Günü”ndə deyib.

Qeyd edək ki, İran hökuməti mətbuat azadlığına tətbiq etdiyi senzuraya görə, beynəlxalq hesabatlarda sonuncu yerlərdədir.

Ülviyyə, Hurriyet.az