İran Prezidenti: “Masanı tərk etməyəcəyik”
2021-11-04 16:48:00
Hurriyyet.az xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi nüvə razılaşması danışıqları masasını tərk etməyəcəklərini bildirib.
İranın Simnan şəhərində ABŞ-ın Tehrandakı səfirliyinin işğalının 42-ci ildönümü ilə bağlı çıxışı zamanı nüvə müqaviləsi məsələsindən də bəhs edib. Müzakirələrin nəticə verəcəyinə inandığını bildirən Rəisi deyib: “Sanksiyaların ləğv edilməsi məsələsində geri addım atmayacağıq. Lakin bunun qarşılığında güzəştə də getməyəcəyik”.
Hürr Tərcüman