“İran Prezidenti Paşinyana salam göndərdi”
2023-10-03 13:36:56
Hurriyyet.az xəbər verir ki, İran Prezidentin İbrahim Rəisi Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qəbul edib.
Qriqoryan səfərlə bağlı açıqlamasında yazıb: “Tehrana işgüar səfərim zamanı İran Prezidenti İbrahim Rəisi ilə görüşdüm. Görüş zamanı regional təhlükəsizlik məsələlərini müzakirə elədik və qeyd elədik ki, sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edilməli, münaqişələr isə dialoq yolu ilə həll edilməlidir. Ermənistan-İran münasibətlərinin çoxtərəfli inkişafının davam etdirilməsinin mühümlüyünü vurğuladıq. Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyana salamlarını çatdırmağımı xahiş etdi”.
Hürr Tərcüman