📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran prezidentinin arvadı Anna Akopyanla foto çəkdirdi

2023-01-21 09:05:00

İran prezidentinin arvadı Anna Akopyanla foto çəkdirdi

İran prezidentinin xanımı Cəmilə Ələmül-Huda dörd ölkənin dövlət və hökumət başçıları arvadları ilə birlikdə foto çəkdirib.

Hurriyyet.az xəbər verir ki, onların hamısı Tehranda keçirilən Nüfuzli Qadınların I Beynəlxalq Konfransı çərçivəsində bir araya gəlib.

Mərkəzdə oturmuş Cəmilə Ələmül-Hudanın sağında və solunda Burkina Faso, Serbiya, Ermənistan və Qırğızıstan liderlərinin xanımları əyləşib.

Ermənistanı konfransda Nikol Paşinyanın arvadı Anna Akopyan təmsil edir.

Xatırladaq ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da tədbirə qatılıb.

yenisabah.az